11:04 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
İQTİSADİYYAT
Qısa URL
14 0 0

Kənd Təsərrüfatı Nazirliyi 3-4 iyul tarixlərində "Kənddən Şəhərə" həftəsonu yarmarkalarının hansı ünvanlarda təşkil olunacağını açıqlayıb.

 

BAKI, 1 iyul — Sputnik. İyulun 3-4-də "Kənddən Şəhərə" həftəsonu yarmarkaları təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda baş tutacaq yarmarkalarda ümumilikdə 40-a yaxın regiondan 100-ə yaxın fermer iştirak edəcək.

Yarmarkalarda fermerlər tərəfindən 60-dan artıq çeşiddə təbii kənd təsərrüfatı və qida məhsulları satışa çıxarılacaq.

"Kənddən şəhərə" yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Satışa çıxarılan məhsulların keyfiyyət göstəricilərinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Yarmarkada satılan hər hansı bir məhsulun keyfiyyətində tərəddüd edən alıcılar laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər.

Yarmarkalara tələblər

Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək, eyni zamanda yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, soyuducu, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək.

Xatırladaq ki, "Kənddən Şəhərə" həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd Bakı və Abşeron sakinlərini təbii və sağlam kənd məhsulları ilə təmin etmək, eləcə də yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Eləcə də oxuyun:

  • Nazirlik kasıbların dadına yetişdi - Yarmarkalar yenə keçirilir

  • Maştağa bazarlığı: daş əhəng, ağ neft, at nalı, diş çöpü, vayfay...

Teqlər:
yarmarka, ucuzlaşma, Bakı, Xırdalan

Əsas mövzular