18:47 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
İQTİSADİYYAT
Qısa URL
48 0 0

Qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

 

BAKI, 30 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,49 dollar bahalaşaraq 76,05 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 74,99 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 73,36 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

Neft qiymətləri son 12 ilin ən yaxşı yarım illik performansını göstərir

Neft qiymətlərində son 12 ilin ən yaxşı yarım illik performansı qeydə alınıb. Əgər iyunun son günündə qiymətlərdə kəskin şəkildə ucuzlaşma qeydə alınmasa, bu, "qara qızıl"ın qiymətlərində 2009-cu ildən bəri ən yaxşı yarımillik göstərici olacaq. Ölkələrdə sürətlənən vaksinasiya sayəsində yaşanan bərpa prosesi və yanacaq istehlakındakı artım fonunda neft qiymətləri cari ilin ilk yarısını 50 faizdən çox artımla tamamlayır.

Qarşıdakı qısa müddətdə neft tələbatının tədarükü üstələyəcəyi gözlənilir

Analitiklərin fikrincə, OPEC+da əsasən Rusiya ilə Səudiyyə Ərəbistanı arasında fikir ayrılıqları var. Rusiya neft tədarükünün artırılmasını dəstəkləyir, Səudiyyə Ərəbistanı isə hasilatın tədricən artırılması variantını təklif edir. Qarşıdakı qısa müddətdə neft tələbatının tədarükü üstələyəcəyi gözlənilir. Peyvəndləmə artdıqca tələbatla bağlı narahatlıqlar da tədricən azalacaq.

OPEC+un Müştərək Texniki Komissiyasının iclası keçirilib

Dünən keçirilən OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin Müştərək Texniki Komissiyasının iclasında neft hasilatına dair hər hansı təklif irəli sürülməyib.

OPEC-in Baş katibi Məhəmməd Barkindo neft bazarının bərpa yolunda olduğunu, lakin hələ tam olaraq özünə gəlmədiyini bildirib.

Eləcə də oxuyun:

Teqlər:
artım, qiymət, "AzeriLight", neft

Əsas mövzular