05:09 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
İQTİSADİYYAT
Qısa URL
11 0 0

“Qazprombank” nümayəndələri ilə müzakirələrdə işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji potensialına diqqət ayrılıb.

BAKI, 30 iyun — Sputnik. Azərbaycanla Rusiya arasında energetika sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Energetika naziri Pərviz Şahbazov “Qazprombank”ın birinci vitse-prezidenti, kapital bazarları blokunun rəhbəri Denis Şulakovun başçılıq etdiyi nümayəndə heyətini videokonfrans formatında qəbul edib.

Görüşdə Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji potensialı, sektorda davam edən islahatlar, görülən işlər və nəzərdə tutulan planlar, həmçinin bu prosesin özəl sektor üçün yaradacağı imkanlar diqqətə çatdırılıb.

© Photo : Ministry of Energy
nergetika naziri Pərviz Şahbazov “Qazprombank”ın birinci vitse-prezidenti, kapital bazarları blokunun rəhbəri Denis Şulakovun başçılıq etdiyi nümayəndə heyətini videokonfrans formatında qəbul edib

Bank təmsilçiləri tərəfindən isə aşağı karbonlu iqtisadiyyata keçid, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji effektivliyi tədbirləri üçün istifadə edilə bilən “yaşıl istiqraz”lar, “yaşıl investisiya”lar və “yaşıl maliyyələşmə” mexanizmləri haqqında məlumat verilib.

Görüşün sonunda müvafiq sahədə müzakirələrin davam etdirilməsi qərara alınıb.

İşğaldan azad edilmiş ərazilərin bərpası

Qarabağda 44 günlük müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Qarabağda "ağıllı" şəhər və kənd sistemləri olacaq. Bərpa zamanı ən yeni texnologiyalardan istifadə ediləcək.

Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib.

Eləcə də oxuyun:

Teqlər:
işğaldan azad edilmiş ərazilər, Rusiya, Azərbaycan, bank, Energetika Nazirliyi

Əsas mövzular