Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pandemiyadan zərər çəkən sahibkarlara şad xəbər

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.06.2021
Abunə olmaq
Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən xidmətlərin tam elektronlaşdırılması istiqamətində tədbirlər görülür.

BAKI, 23 iyun — Sputnik. Pandemiyadan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlara yeni verilən bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılmasını davam etdirir.

Bu addım pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşlarının sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılır.

Belə ki, 2021-ci ilin 31 may tarixinədək dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 1026 müraciət üzrə 258,3 milyon manat kreditə 149,7 milyon manat məbləğində dövlət zəmanəti verilib. Mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi üzrə isə kredit qalığı 819,2 milyon manat olan 4497 müraciətə 57 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edilib və artıq 49,3 milyon manat subsidiya ödənişi həyata keçirilib.

Qeyd edək ki, sahibkarların dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə müraciətləri Elektron Kredit Platforması üzərindən qəbul olunur. Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması məqsədilə Fond tərəfindən xidmətlərin tam elektronlaşdırılması istiqamətində tədbirlər görülür.

Xatırladaq ki, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə ötən ilin iyun ayından iki proqramın - kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinin tətbiqinə başlanıb.

Kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən ölkədə ilk dəfə olaraq rəqəmsal Kredit Platforması yaradılıb və sahibkarların istifadəsinə verilib. 2020-ci ildə bu platforma üzərindən yeni biznes krediti sifarişi 949 milyon manat olan 3300-dən çox müraciət qeydiyyata alınıb. Müraciətlərin kredit tələbatı 148 milyon manat olan 433-nə (81.9%) Fond tərəfindən zəmanət verilib. Eyni zamanda 01.01.2021-ci il tarixinədək Fonda birdəfəlik komissiyası ödənilmiş və zəmanəti qüvvəyə minmiş müraciətlər üzrə kredit məbləği 130 milyon manat, zəmanət məbləği isə 74.8 milyon manat təşkil edib.

Digər dəstək mexanizmi olan sahibkarların 1 milyard manat kredit portfeli üzrə 100 milyon manat faiz subsidiyasının verilməsi nəzərdə tutulur ki, bunun da 50 milyon manatı dövlət büdcəsinin, 50 milyon manatı isə Fondun vəsaiti hesabına həyata keçirilir.

Xəbər lenti
0