CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda sahibkarlar üçün xüsusi sərgi işə başlayır

© Sputnik / Murad Orujov24-я Азербайджанская международная выставка "Пищевая промышленность" (WorldFood Azerbaijan-2018) и 12-я Азербайджанская международная выставка "Сельское хозяйство" (Caspian Agro-2018)
24-я Азербайджанская международная выставка Пищевая промышленность (WorldFood Azerbaijan-2018) и 12-я Азербайджанская международная выставка Сельское хозяйство (Caspian Agro-2018) - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
Bakı, Gəncə, Abşeron, Qəbələ və Zaqataladan olan mikro və kiçik sahibkarlar tərəfindən müxtəlif bitki çayları, ədviyyat, yağlar, meyvə quruları, çərəzlər, qablaşdırma məhsulları və s. nümayiş olunacaq

 

BAKI, 10 iyun — Sputnik. Sahibkarlar koronavirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ixtisaslaşmış sərgilərə qatılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, 10-12 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi - "InterFood Azerbaijan 2021" sərgilərində mikro və kiçik sahibkarlar da öz məhsul və xidmətlərini təqdim edəcəklər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə KOB-lar üçün ayrılmış xüsusi stenddə Bakı və Gəncə şəhərlərindən, Abşeron, Qəbələ və Zaqatala rayonlarından olan mikro və kiçik sahibkarlar tərəfindən müxtəlif bitki çayları, ədviyyat, yağlar, meyvə quruları, çərəzlər, qablaşdırma məhsulları və s. nümayiş olunacaq.

"Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgilərinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edəcək. Qeyd etmək lazımdır ki, açıq sahədə yerləşəcək ekspozisiyanın miqyası 2019-cu ildəki ekspozisiya ilə müqayisədə artıb. Bu il dünyanın 27 ölkəsindən 248 şirkət bu sərgilərdə iştirak edəcəklərini təsdiqləyiblər.

"Caspian Agro 2021" sərgisinin ekspozisiyasına bir sıra innovasiyalar daxildir: "ağıllı ferma", heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikası, laboratoriya avadanlıqları, yeni toxum sortları və bir çox digər məhsullar.

"InterFood Azerbaijan 2021" sərgisində dünyanın 12 ölkəsindən 79 şirkət iştirak edir.

"Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgidə ilk dəfə olaraq "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri iştirak edəcəklər. Sərgilərin təşkilatçısı qismində "Caspian Event Organisers" şirkəti və onun bir sıra xarici tərəfdaşlarıdır.

Eləcə də oxuyun:

Xəbər lenti
0