22:05 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
İQTİSADİYYAT
Qısa URL
1113

İqtisadiyyat naziri bildirib ki, EBRD ilə müxtəlif sahələr, xüsusilə dövlət-özəl tərəfdaşlığı, "yaşıl iqtisadiyyat" və bərpa olunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialı böyükdür

BAKI, 8 iyun — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz üzrə regional direktoru xanım Katarina Byorlin Hansenlə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə Azərbaycanla EBRD arasında əməkdaşlığın yüksək səviyyədə olduğu, ölkəmizin bankla əlaqələrin inkişafına önəm verdiyi qeyd edilib. Beynəlxalq maliyyə institutları, o cümlədən EBRD ilə birgə həyata keçirilən layihələrdə qabaqcıl təcrübənin, müasir texnologiya və yeniliklərin ölkəmizdə tətbiqi xüsusilə əhəmiyyətlidir.

Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafı prioritetləri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində Azərbaycan İnvestisiya Holdinqi, Sahibkarlığın İnkişafı Fondu və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə AYİB arasında əməkdaşlıq imkanları diqqətə çatdırılıb. İqtisadiyyat naziri bildirib ki, EBRD ilə müxtəlif sahələr, xüsusilə dövlət-özəl tərəfdaşlığı, "yaşıl iqtisadiyyat" və bərpa olunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialı böyükdür.

EBRD-nin Qafqaz üzrə regional direktoru bankın Azərbaycanla səmərəli və uzunmüddətli əməkdaşlığını qeyd edib, ölkəmizin iqtisadi perspektivlərinin əlaqələrin inkişafına şərait yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-EBRD əməkdaşlığın genişləndirilməsi istiqamətləri, bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı 1991-ci ildə yaradılıb və mənzil qərargahı Londonda yerləşir. Azərbaycan Respublikası Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa 1992-ci ildən başlayıb. Bankın Azərbaycandakı nümayəndəliyi isə 1993-cü ildən fəaliyyət göstərir. Bankla Azərbaycan arasında əməkdaşlıq 2019–2024-cü illəri əhatə edən ölkə üzrə strategiya sənədi ilə tənzimlənir.

Əsas mövzular