00:52 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
İQTİSADİYYAT
Qısa URL
30

Sahibkarlar üçün onlayn satış portalı istifadəyə verilib. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı yaradılıb.

BAKI, 3 iyun — Sputnik. Sahibkarların məhsullarının onlayn satışına və tanıdılmasına dəstək məqsədilə yeni onlayn satış platforması – "www.kobmarket.az" fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Sputnik Azərbaycan-a bildirilib ki, qurumun dəstəyi ilə yaradılmış portal elektron ticarət konsepsiyası əsasında onlayn-mağaza kimi fəaliyyət göstərir. Portal əsasən mikro və kiçik biznesin inkişafına dəstək olmaq, KOB subyektlərinin məhsul və xidmətlərinin vahid platforma üzərindən onlayn satışının həyata keçirilməsinə və geniş kütləyə tanıdılmasına dəstək məqsədilə yaradılıb. Sahibkarlar elektron ticarət portalına qoşulmaqla satış imkanlarını genişləndirə bilərlər. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı yaradılıb. Qeydiyyat prosesi sadədir, portalda hər bir onlayn mağaza üzrə satışa, mağazadakı məhsullar üzrə qalıqların idarə olunmasına, müştərilərin təhlilinə və satışa dair digər zəruri məlumatları hesabat şəklində sahibkara təqdim edəcək müxtəlif alətlər mövcuddur.

"www.kobmarket.az" sahibkarların onlayn satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına və "kölgə iqtisadiyyatı"nın azaldılmasına dəstək göstərilməsini hədəfləyir.

Qeyd edək ki, "www.kobmarket.az" portalında onlayn mağaza açmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri portalda qeydiyyatdan keçməlidir. Sahibkarlıq subyektlərinin "www.kobmarket.az" portalı ilə bağlı hər hansı sualları yaranarsa, portal üzərindən onlayn müraciət edə bilərlər.

Eləcə də oxuyun: 

  • "Pizza Mizza", "Ulu Borçalı" və digərləri - CƏRİMƏLƏNƏN RESTORANLAR

  • "Azərbaycanda ilin ortasından iqtisadi artım bərpa olunacaq"

Əsas mövzular