Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tibb işçilərinə 612 milyon manat ödənildi

© Sputnik / Murad Orujov Təcili yardım briqadası
 Təcili yardım briqadası - Sputnik Azərbaycan, 1920, 24.05.2021
Abunə olmaq
Dünya bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məslələrinə, sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 334,1 milyon manat vəsait sərf olunub.

BAKI, 24 may — Sputnik. Ötən il Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə dövlət büdcəsindən 1985,9 milyon manat vəsait istifadə olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "2020-ci il üzrə dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, həmin vəsaitdən 612,5 milyon manatı koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vəsaitlərinin alınmasına, çarpayı fondunun artırılması və ixtisaslaşdırılmış xəstəxanaların fəaliyyətinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisəslərində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə yönəldilib. Bununla yanaşı, qlobal pandemiya ilə bağlı dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məslələrinə, sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 334,1 milyon manat vəsait sərf olunub.

Belə ki:

- Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədi ilə özəl sektorda çalışan 243 min nəfərdən çox işçilərin əməkhaqqlarının müəyyən hissəsinin ödənilməsinə 269,1 milyon manat;

- 107 mindən çox fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsinə 116,7 milyon manat;

- sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, sahibkarlığın inkişafına əlavə dövlət dəstəyinin göstərilməsinə 70 milyon manat;

- xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına uyğun olaraq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsinə 447,9 milyon manat:

- əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə əlavə ödənişli ictimai iş yerlərinin yaradılmasına 21 milyon manat;

- həyati vacib sərnişindaşıma və digər sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslərə maliyyə dəstəyinin verilməsinə 267,3 milyon manat;

- güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırlmasına 90 milyon manat;

- təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin ödənilməsinə 26,1 milyon manat;

- əhaliyə güzəştli işıq limitinin 2020-ci ilin aprel-may aylarında 100 kvts. artırılmasına 10 milyon manat;

- digər zəruri tədbirlərin icrasına 16 milyon manat vəsait yönəldilib.

Xəbər lenti
0