04:04 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
İQTİSADİYYAT
Qısa URL
25

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanuna dəyişikliklərə baxılıb.

BAKI, 4 may — Sputnik. "Ələt Azad İqtisadi Zonasının 2022-ci ilin iyul ayından fəaliyyətə başlayacağı gözlənilir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanuna dəyişiklikləri I oxunuşda təqdim edərkən deyib.

Onun sözlərinə görə, qanun layihəsi Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Teqlər:
fəaliyyət, Ələt azad iqtisadi zonası

Əsas mövzular