CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: "Bankların dolların satışına məhdudiyyət qoyması ajiotaj yaradır"

© REUTERS / Jo Yong hakДоллар США, фото из архива
Доллар США, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Abunə olmaq
"Vaxtilə bunun hansı fəsadlara gətirib çıxarmasını görmüşük. Mərkəzi Bankdan bununla bağlı daha məqbul açıqlama verməsini gözləyirik".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. "Azərbaycanda iqtisadi göstəricilər optimist fikirləşməyə əsas verir və devalvasiya üçün əsas yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. 

O bildirib ki, amma bankların dolların satışına məhdudiyyət qoyması ajiotaj yaradır: "Vaxtilə bunun hansı fəsadlara gətirib çıxarmasını görmüşük. Mərkəzi Bankdan bununla bağlı daha məqbul açıqlama verməsini gözləyirik. Dolların satışına məhdudiyyət qoyulması "qara bazarın"ın yaranmasına gətirib çıxardır".

"İcbari tibbi sığorta üzrə işlər uğurla gedir və tibbi xidmətlərin sayı yüksəkdir. Amma təcrübədə transplantasiya ilə bağlı xərclərin qarşılanması məsələsi kənarda qalır. Bununla bağlı addımlar atılmalıdır. Xüsusilə qaraciyər və böyrək transplantasiyası ilə bağlı məsələ icbari tibbi sığorta paketinə daxil olsa, yaxşı olardı", - deyə deputat əlavə edib.

Xəbər lenti
0