Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vətəndaşlardan hansı şikayətlər vergi orqanlarına daxil olub?

© Sputnik / Murad OrujovНалоговый кодекс Азербайджанской Республики
Налоговый кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Hesabat dövründə Dövlət Vergi Xidmətinin aparatına 5234 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.

BAKI, 28 aprel — Sputnik. Cari ilin ilk rübündə vergi orqanlarına 64 min 22 müraciət daxil olub ki, bunun da 94,5 faizi ərizə, 5,4 faizi şikayət, 0,1 faizi isə təklifdir.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, baxılmış müraciətlərin 70 faizindən çoxu müsbət həll olunub, 27,5 faizi barədə müvafiq izahatlar verilib, 7,8 faizi isə hazırda icradadır.

Ümumilikdə, hesabat dövründə vətəndaşlardan vergi borcları, səyyar vergi yoxlamaları, sosial sığorta ödənişləri, vergiödəyicisinin qeydiyyatı, operativ vergi nəzarəti tədbirləri, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və ya əvəzləşdirilməsi və digər məsələlərlə bağlı şikayət daxil olub. Müsbət həll olunmuş şikayətlərin böyük əksəriyyəti (75,2 faizi) kameral vergi yoxlamaları ilə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin aparatına 5234 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. Üç ayda Prezident Administrasiyasından Dövlət Vergi Xidmətinə 199 müraciət daxil olub. Vətəndaş məmnunluğunun və vergi orqanlarına olan etimadın qorunmasının vacibliyi nəzərə alınaraq, xüsusi karantin rejimi dövründə Dövlət Vergi Xidmətinin aparatında və yerli vergi orqanlarında qəbula yazılan vətəndaşların videoqəbulu təşkil edilib.

Xəbər lenti
0