BAKI, 27 aprel - Sputnik. Wood Mackenzie konsaltinq şirkətinin mütəxəssisləri neft qiymətlərinin bir barrel üçün 10 dollar həddinə düşəcəyini pronozlaşdırıblar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə CNBC məlumat yayıb.
Analitiklərin fikrincə, neftə olan tələbatın 70% azalması bu enerji daşıyıcısını XXI əsrin ortalarına doğru xeyli ucuzlaşdıracaq. Şirkətin hesabatında deyilir ki, buna "enerji bazarının elektrifikasiyası" və iqlim üzrə Paris razılaşmasının məqsədlərinə çatması səbəb olacaq.
Əgər bəşəriyyət bu ssenari üzrə inkişaf edər, sürətlənmiş templə "yaşıl enerji"yə keçərsə, o zaman 2030-cu ildə Brent markalı neftin qiyməti bir barrel üçün 37-42 dollar, 2040-cı il üçün 28-32 dollar, 2050-ci ildə isə 10-18 dollara düşə bilər.
Rusiyanın Energertika və maliyyə institutunun Energetika departamentinin sektor müdiri Yuri Rıkov isə Wood Mackenzie-nin ekspertlərinin proqnozuna skeptik yanaşıb. Mütəxəssis deyib ki, ölkələrin "yaşıl enerji"yə belə tezliklə keçməsi barədə danışmaq tezdir. Planetin ekoloji təmiz və az xərcli enerji dövrünə sıçrayışı üçün, məsələn, kompakt termonüvə sintez gərəkdir, Rıkov deyib.
"Ancaq hələ ki belə bir inkişafın işartısı belə görünmür", - ekspert deyib.