CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan nefti bahalaşıb

© AFP 2023 / MLADEN ANTONOVСураханское нефтяное месторождение, фото из архива
Сураханское нефтяное месторождение, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 7 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,45 dollar artaraq 62,98 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,02 dollar artaraq 62,75 dollar, “Light” markalı neftin qiyməti isə 0,03 dollar bahalaşaraq 59,35 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbər lenti
0