07:53 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
İQTİSADİYYAT
Qısa URL
Neft qiymətləri ətrafındakı ajiotaj (84)
38 0 0

Səhərçağı qiymətlərdə 2% enmə müşahidə olunurdusa, ABŞ-da birjanın açılması ilə bunun üzərinə daha 3% gəlib.

BAKI, 5 aprel - Sputnik. Bazar ertəsi axşam neft qiymətləri 4-5% həddində enməyə başlayıb. 

Sputnik Azərbaycan bildirir ki, alqı-satqıların nəticələrinə görə, Brent markalı neftin Şimal dəniz qarışığının iyun fyuçersləri 4.49 faiz azalaraq bir barrel üçün 61.88 dollara çatıb. WTI markalı neftin may fyuçersləri isə 5.16 faiz azalaraq 58.28 dollar/barreldə qərarlaşıb. Səhərçağı qiymətlərdə 2% enmə müşahidə olunurdusa, ABŞ-da birjanın açılması ilə bunun üzərinə daha 3% gəlib.

Koronavirus pandemiyası səbəbindən neftə tələbat azaldığından OPEC+ 2020-ci ilin mayından etibarən hasilatı sutkada 9.7 milyon barrelədək azaldıb. Tələbat bərpa olunduqca bu göstəriciyə əl gəzdirilib və hazırda o, sutkada 6.9 milyon barrel təşkil edir. 

Hər kəs üçün başlanğıc hesablama bazası 2018-ci ilin oktyabrı götürülüb, Rusiya və Səudiyyə Ərəbistanı üçün isə göstərici sutkada 11 milyon barrel təyin olunub.

Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (84)
Teqlər:
WTI, Brent, azalma, qiymət, neft

Əsas mövzular