Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Subsidiyadan təyinatı üzrə istifadə etməməyə görə cərimə tətbiq ediləcək

© Sputnik / Murad OrujovАзербайджанские манаты, фото из архива
Азербайджанские манаты, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Abunə olmaq
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Məcəlləyə "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması" adlı 411-2-ci maddənin əlavə edilməsi təklif edilir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Məcəlləyə "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması" adlı 411-2-ci maddənin əlavə edilməsi təklif edilir.

Əlavəyə görə, fermer tərəfindən "Elektron kənd təsərrüfatı" informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

 

 

Xəbər lenti
0