17:18 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
İQTİSADİYYAT
Qısa URL
21 0 0

İxracda pomidor ilk üçlüyə girə bilmədi. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,6 milyon ABŞ dolları və ya 11,3 faiz artıb

BAKI, 31 mart — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2021-ci ilin mart sayı təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, 2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 2,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 331,3 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,6 milyon ABŞ dolları və ya 11,3 faiz artıb.

2021-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (37,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (34,4 milyon ABŞ dolları) ikinci, xurma isə (27,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin yanvar-fevral ayı ərzində Türkiyəyə 106,9 milyon, Rusiyaya 85,5 milyon, İsveçrəyə 35,2 milyon, Gürcüstana 28,3 milyon və ABŞ-a 13,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixrac 185,2 milyon ABŞ dolları təşkil edib. Bu ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (54,1 milyon ABŞ dolları) birinci yerdə qərarlaşıb. Bu siyahıda Rusiya ikinci (42,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (25,1 milyon ABŞ dolları) olub.

2021-ci ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (24,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (22,7 milyon ABŞ dolları) ikinci və elektrik enerjisi (15,7 milyon ABŞ dolları) üçüncü olub.

Əsas mövzular