08:53 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
İQTİSADİYYAT
Qısa URL
215711

Paşinyan vurğulayıb ki, mis istehsalı zamanı yan məhsul kükürd turşusudur, "onu isə Ermənistanda toplamaq olmaz".

 

BAKI, 28 mart — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, mis Ermənistanın "nefti" ola bilər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Baş nazirin fikrincə, Ermənistan dünyada ən iri mis yataqlarından birinə malikdir yaxın perspektivdə mis filizinin ixracına qadağan qoymaq lazımdır.

"Misin qiymətləri 2000-ci ildən təxminən 6-7 dəfə artıblar. Ermənistan dünyanın mis ehtiyatlarına görə ən zəngin ölkələrindən biridir. Çoxları deyirlər ki, mis 21-ci əsrin neftidir və aydındır ki, XXI əsrdə misin qiymətləri çox yüksək olacaq, çünki o elektromobillər üçün mühərriklərin istehsalında əsas komponentidir", - Paşinyan bildirib.

Onun sözlərinə əsasən, ölkə hələlik bu sərvətdən tam olaraq istifadə edə bilmir, çünki əsasən filiz ixrac edir. "Biz qarşımıza filiz ixracını azaltmaq, orta perspektivdə isə tamamilə qadağan etmək vəzifəsini qoymalıyıq. Ermənistandan yalnız misdən alınmış hazır məhsulu ixrac edilməlidir", - o deyib.

Hökumət başçısı əlavə edib ki, bunun üçün ölkəyə dəmir yolu lazımdır. Paşinyan vurğulayıb ki, mis istehsalı zamanı yan məhsul kükürd turşusudur, "onu isə Ermənistanda toplamaq olmaz". "O da məhsuldur, onun ixracı üçün isə dəmir yolu lazımdır", - baş nazir deyib. O qeyd edib ki, dəmir yolu emal müəssisələrinin fəaliyyət üçün də lazımdır.

"Əgər müharibədən sonrakı dövrdə dəmir yolu kommunikasiyalarının açılmasına nail ola bilsək, bizim "ikinci neft"dən effektiv istifadə etmək imkanımız olacaq", - deyən Paşinyan əlavə edib ki, kommunikasiyalardan istifadə imkanı Ermənistan və Azərbaycan üçün qarşılıqlı olmalıdır.

Əsas mövzular