18:00 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
İQTİSADİYYAT
Qısa URL
4410

Bir müddətdir ki, ölkədə həyvanların və bitkilərin aqrar sığortası həyata keçirlir. Amma fermerleri maraqlandıran əsas məsələ o idi ki, heyvan məcburən kəsildikdə də ona ödəniş ediləcəkmi? Məlum oldu ki, ediləcək, amma hesablanması fərqli aparılacaq.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 23 mart — Sputnik. Qax rayon sakini Elçin Əliyevə məxsus öküz iki gün əvvəl örüşdə qayadan yıxılıb və ayaqları sındığı üçün sahibi onu kəsməli olub. Bu zaman isə əti məcburən ucuz qiymətə satmalı olub.

“90 kiloluq öküz idi. Kəsib təcili satmalı oldum deyə kilosunu 3 manat aşağı verdim. Durduğum yerdə 300 manata yaxın ziyana düşdüm”, - Əliyev Sputnik Azərbaycan-a bildirib.

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin İdarə heyəti sədrinin müavini Elvin Əliyev Sputnik Azərbaycan-a bildirib ki, artıq aqrar sığortada bu cür hallar da nəzərə alınıb. Bu çərçivədə heyvanların sığortası üzrə iki sığorta məhsulu mövcudddur. Bunlar da dar və geniş təminatlı sığorta paketləridir. Xəsarət aldığı üçün və ya digər hallarda məcburən kəsilən heyvanların sığortası da bu paketlərə əlavə edilib.

© Sputnik / Ibrahim Hashimov
"Aqrar Sığorta Şirkəti Müştərək Şirkəti"nin İdarə heyəti sədrinin müavini Elvin Əliyev

"Onlar bir-birindən risklərə görə fərqlənir. Ümumiyyətlə isə sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində baytarın müvafiq rəyi əsasında heyvanların məcburi kəsimi hər iki sığorta məhsulunda təminata daxildir".

Elvin Əliyevin sözlərinə görə, məcburi kəsim üçün mütləq baytar rəy verməli, kəsim də müvafiq məntəqədə aparılmalıdır.

"Qeyd olunan risklərlə əlaqədar əgər baytar heyvanı məcburi kəsimə yönləndirirsə, bu zaman fermer dərhal sığorta şirkətinə məlumat verməli, daha sonra isə razılıq əldə olunduqdan sonra heyvanın məcburi kəsimi həyata keçirilməlidir. Bu, müvafiq məcburi kəsim məntəqələrində həyata keçirilir və daha sonra isə onunla bağlı müvafiq arayış təqdim olunur", – E.Əliyev deyib.

Bu zaman isə fermərə heyvanın tam dəyəri yox, məcburi kəsim nəticəsində ona dəyən zərər ödənəcək.

“Tutaq ki, heyvan hər hansı hadisəyə görə məcburən kəsilib. Fermer əti ucuz qiymətə satmalı olub. Əldə olunan məbləğ heyvanın dəyərindən çıxılır, qalan məbləği isə aqrar sığorta ödəyir”, - deyə E.Əliyev qeyd edib.

Digər hallar kimi məcburi kəsim zamanı da sığorta ödənişi zamanı azad olma məbləği tutulur. Bu məbləğ heyvanın dəyərinin 10 faizinə bərabər olur. Vətəndaşlar Aqrar Sığorta Fondunun asf.gov.az internet saytına daxil olaraq oradakı kalkulyatorla heyvanın sığorta haqqını və ala biləcəyi ödənişin məbləğini hesablaya bilərlər.

Teqlər:
arayış, baytar, məcburi, kəsim, mal-qara, heyvan, aqrar sığorta

Əsas mövzular