Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 68,92 ABŞ dollarına bərabər olub. Bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,6 dollar və ya 3,92% çoxdur.
BAKI, 13 mart - Sputnik. Azərbaycan nefti bir həftə ərzində 4%-dək bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, ötən həftə ərzində (8-12 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 68,92 ABŞ dollarına bərabər olub. Bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,6 dollar və ya 3,92% çoxdur.
Həftə ərzində ən yüksək göstərici (V gün) – 69,84 dollar təşkil edib. Ən minimal göstərici (III gün) isə 67,6 dollar səviyyəsində olub.
"Martın 2-də AQTA sahibkara rəsmi sənəd verərək təsərrüfatdakı xəstəliyin ornitoz, infeksion bronxit, pasterellyoz olduğunu bildirib. Bundan sonra ərazidə postlar qurulub".
Güllə onun qoruyucu jiletinin qorumadığı sağ çiynindən girərək kürəyindən çıxıb. Lakin döyüş bitənədək bunu taqımına hiss etdirməyib. Yaralanan vaxt şəxsi vəsiqəsi də cibində olduğundan kənarında öz qanının izi bu gün də qalıb.