Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbayan şirkəti yanacaq bazarında lider oldu

© AFP 2023 / DANIEL LEAL-OLIVASАвтозаправочная станция, фото из архива
Автозаправочная станция, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.03.2021
Abunə olmaq
Ötən il bazardakı payını 26%-ə çatdıran "SOCAR MARINE" Türkiyə boğazlarından keçən və Türkiyə limanlarında yük əməliyyatları həyata keçirərək xaricə yola düşən gəmiləri yanacaqla təmin edir

BAKI, 11 mart — Sputnik. "SOCAR MARINE" 2020-ci ildə də bazarın lideri oldu. Bu barədə "SOCAR"dan Sputnik Azərbaycan-a verilən məlumata görə, 2013-cü ildən fəaliyyət göstərən "SOCAR MARINE" 2020-ci ildə 650 min tona çatan satış həcmi ilə beynəlxalq dəniz yanacağı sektorunda yenidən lider olub. Hazırda "SOCAR MARINE" beynəlxalq dəniz yanacağına tələbatın dörddə birindən çoxunu təmin edir.

Türkiyənin ən böyük sənaye holdinqi "SOCAR Türkiyə"nin investisyalarına paralel olaraq sürətlə böyüyən "SOCAR MARINE" ötən il bazardakı payını 26%-ə çatdırıb. Şirkət Türkiyə boğazlarından keçən və Türkiyə limanlarında yük əməliyyatları həyata keçirərək xaricə yola düşən gəmiləri yanacaqla təmin edir.

Xəbər lenti
0