01:37 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
İQTİSADİYYAT
Qısa URL
16 0 0

"2021-ci ildə qlobal neft tələbatı 5,8 milyon barel artaraq sutkada 96 milyon barel civarında olacaq. Asiyada ümidverici qlobal iqtisadi inkişaflar və davamlı tələbat buna təsir edən amillərdir".

BAKI, 3 mart — Sputnik. "Cari ildə qlobal neft tələbatı gündəlik 96 milyon barel olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

Baş katib qlobal neft bazarı və ümumiyyətlə dünya iqtisadiyyatının yaxşılaşdırılması perspektivini vurğulayıb, davamlı neft bazarı sabitliyini bərpa etmək kursunda qalmağın vacibliyini qeyd edib.

"Həm qlobal iqtisadi vəziyyət, həm də neft bazarının perspektivləri davamlı inkişaf əlamətləri göstərir. Pandemiyanın səbəb olduğu şoklar səbəbindən ÜDM və neft tələbatındakı mənfi göstəricilərin yaşandığı günlər geridə qalıb. 2021-ci ildə qlobal neft tələbatı 5,8 milyon barel artaraq sutkada 96 milyon barel civarında olacaq. Asiyada ümidverici qlobal iqtisadi inkişaflar və davamlı tələbat buna təsir edən amillərdir", - deyə M.Barkindo bildirib.

Qeyd edək ki, bu gün "OPEC+" Nazirlərinin Birgə Monitorinq Komitəsinin  27-ci iclası, martın 4-də isə "OPEC+" ölkələri nazirlərinin 14-cü toplantısı keçiriləcək.

Xatırladaq ki, yanvarda "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barel, martda isə 7 milyon 50 min barel təşkil edəcək.

 

Teqlər:
tələbat, hasilat, artım, gəlir, neft, OPEC

Əsas mövzular