CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yankauskas: "Azərbaycan Avropanın bu təcrübəsindən fayda götürə bilər"

© AFP 2023 / KENZO TRIBOUILLARDФлаг Европейского Союза (ЕС), фото из архива
Флаг Европейского Союза (ЕС), фото из архива - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Abunə olmaq
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas sülh təşkilatı olaraq yaradılan qurumun mahiyyətinin fərqli qavranılmasını şərh edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Mən bilirəm ki, dünyada bir çox insan Avropa İttifaqını iqtisadi təşkilat kimi görür. Əslində, Avropa İttifaqı İkinci Dünya Müharibəsindən sonra sülh layihəsi kimi başladılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Флаг Европейского Союза (ЕС), фото - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Aİ və Azərbaycan növbəti 7 il üçün əməkdaşlıq prioritetləri barədə müzakirələrə başlayır

"Mən bilirəm ki, dünyada bir çox insan Avropa İttifaqını iqtisadi təşkilat kimi görür. Əslində Avropa İttifaqı İkinci Dünya Müharibəsindən sonra sülh layihəsi kimi başladılıb. Uzun müddət davam edə biləcək sülh və inkişafı təmin etmək üçün Aİ sonradan təşkilat olaraq geniş təşəkkül tapıb. Biz bu təcrübə ilə bölüşməyə hazırıq. Düşünürəm ki, Azərbaycan bu təcrübədən fayda götürə bilər. Biz inanırıq ki, əməkdaşlıq yolu nəticəsində bu regionun münaqişəsiz sülh və əmin-amanlıq halında inkişafını görəcəyik. Biz istəyirik ki, regionda qarşılıqlı fəal diplomatik münasibətlər qurulsun, sərhədlər açılsın, nəqliyyat sahəsində əməkdaşlıq aparılsın, həmçinin bu ərazilərdə yaşayan icmalar da sülh şəraitində yaşasın, inkişaf etsin. Biz inanırıq ki, bu gün həyata keçirdiyimiz layihələr sərhədləri aşacaq, regional layihələr olacaq. Bizim əməkdaşlıq edəcəyimiz çox sahələr var - iqlim dəyişikliyi, ətraf mühit, nəqliyyat, enerji, su ehtiyatlarının idarə olunması və s. Bizim bu sahədə fəal şəkildə işləyən Aİ-nin xüsusi nümayəndəsi var. Düşünürəm ki, bütün bu məsələlərə baxış imkanı yaradan təşəbbüs formalaşıb. Bu, təşəbbüs bərpa və sülh quruculuğunun qiymətləndirilməsi təşəbbüsüdür. Bizim, bu istiqamətdə BMT, Dünya Bankı və hökumətlə iş birliyimiz var", - deyə Yankauskas bildirib.

Xəbər lenti
0