Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fermerlər ümidlidir - məhsulsuzluğa bu il son qoyula bilər

© Sputnik / Ilham MustafayevAğstafada təsərrüfat
Ağstafada təsərrüfat - Sputnik Azərbaycan, 1920, 14.02.2021
Abunə olmaq
Hələ fevral ayı olduğundan fermerlər yağıntıların qarşıdakı günlərdə və ya həftələrdə olacağına ümid edirlər.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Qərb bölgəsinin aran hissəsinə bu qış da qar yağmadı. Üstəlik yanvarın sonlarından başlayaraq anomal isti hava şəraiti müşahidə edilməkdədir. Son günlərdə isə havanın temperaturu 20 dərəcəyə qədər yüksəlib. Sputnik Azərbaycan bu cür hava şəraitinin təsərrüfat sahələrinə necə təsir göstərməsini araşdırıb.

Ağstafa rayonunun Poylu kənd sakini olan fermer Qurban Aslanov belə havanın sadəcə sahədə iş görmək üçün əlverişli olduğunu deyib. Bundan sonra yağıntı düşməsə suvarmada çətinliklər olacağını, üzüm bağlarında da məcbur olub kimyəvi dərmanlardan daha çox istifadə edəcəklərini söyləyib.

“Havanın quraq keçməsi düzdür, işə xeyirdir. Budama, bərkitmə işlərini vaxtında görürük. Lakin təsərrüfata ziyandır. Bu cür hava şəraiti ziyanvericilərin üzüm qabıqlarının altında sürfələrinin artmasına və inkişafına şərait yaradır. Sonradan ordan üzümün ən qorxulu xəstəliyi sayılan gilə qurdu yetişir. Onun qarşısını almaq üçün artıq bir dəfə deyil, 2-3 dəfə kimyəvi dərmanlardan istifadə etməyə məcburuq” -deyən fermer bu vəziyyətin əlavə xərcləri artırdığını vurğulayıb.

© Sputnik / Ilham MustafayevAğstafada fermer təsərrüfatı
Fermerlər ümidlidir - məhsulsuzluğa bu il son qoyula bilər - Sputnik Azərbaycan, 1920, 14.02.2021
Ağstafada fermer təsərrüfatı

Taxıl sahəsinə gəldikdə isə burada quraqlıqla bağlı vəziyyət bir qədər fərqlidir. Fermerlərin bildirdiyinə görə, taxıl yetişənədək 3 dəfə suvarılmalıdır. Əlavə olaraq qarın düşməməsi və şaxtaların olmaması ziyanvericilərin artımına şərait yaradır. Buna baxmayaraq, 4 ildir bölgədə yaşanan quraqlıqdan sonra bu il nisbətən yağıntılı olması onları ümidləndirib. Bu barədə danışan ağstafalı fermer Ələsgər Bayramov hazırda torpaqda əvvəlki illərdən daha çox nəmliliyin olmasını, bunun da taxılın inkişafına təkan verdiyini deyib. O, hər hansı hadisə baş verməsə, hektara 3 ton taxıl götürməyi planlaşdırdığını bildirib:

”Hazırda 150 hektar taxıl əkmişəm. Artıq neçə illərdir əkinimizin suvarılmasında problem yaranır deyə istədiyimiz məhsulu götürə bilmirik. Lakin bu il ötən illərə nisbətən torpaqda daha çox nəmlilik var. Minimum miqdarda yağıntının olması toxumun normal çıxışına təkan verib. Amma havaların isti keçməsi və vaxtında suvarma olmaması zərərvericilərin əmələ gəlib çoxalmasına şərait yaradır. Fevralın sonlarından taxılın suvarma dövrü başlayır. Ümid edirik ki, bundan sonra normal yağıntı düşər və suvarma anbarları dolar. Əkinimizin suvarılmasında çətinliklə üzləşmərik”.

© Sputnik / Ilham Mustafayev
Ağstafada fermer təsərrüfatı - Sputnik Azərbaycan
1/5
Ağstafada fermer təsərrüfatı
© Sputnik / Ilham Mustafayev
Ağstafada fermer təsərrüfatı - Sputnik Azərbaycan
2/5
Ağstafada fermer təsərrüfatı
© Sputnik / Ilham Mustafayev
Ağstafada fermer təsərrüfatı - Sputnik Azərbaycan
3/5
Ağstafada fermer təsərrüfatı
© Sputnik / Ilham MustafayevVüqar Rəhimov
Vüqar Rəhimov - Sputnik Azərbaycan
4/5
Vüqar Rəhimov
© Sputnik / Ilham MustafayevƏləsgər Bayramov
Ələsgər Bayramov - Sputnik Azərbaycan
5/5
Ələsgər Bayramov
1/5
Ağstafada fermer təsərrüfatı
2/5
Ağstafada fermer təsərrüfatı
3/5
Ağstafada fermer təsərrüfatı
4/5
Vüqar Rəhimov
5/5
Ələsgər Bayramov

Mütəxəssislər də quraqlığın bitkilərin məhsuldarlığına mənfi təsirinin olduğunu təsdiqləyib. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Ağstafa Yardımçı Təcrübə təsərrüfatının mütəxəssisi Vüqar Rəhimov bunun baş verməməsi üçün kimyəvi dərman və gübrələrdən daha çox istifadə etmək lazım gəldiyini söyləyib:

“Son 4 ildir Ağstafa rayonuna qar düşmür. Yağıntıların miqdarı normadan aşağı olur, bu da bitkinin məhsuldarlığının az olması ilə nəticələnir. Bundan çıxış yolu olaraq fermerlərə məsləhət görərdim ki, quraqlıq dövründə mineral və kimyəvi gübrələrdən daha çox istifadə etsinlər. Çünki bu gübrələr qismən suyu əvəz edir və məhsul qıtlığının qarşısını ala bilir”.

Hələ fevral ayı olduğundan fermerlər yağıntıların qarşıdakı günlərdə və ya həftələrdə olacağına ümid edirlər.

Xəbər lenti
0