07:39 28 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
İQTİSADİYYAT
Qısa URL
11 0 0

2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barel olub. Bunun 593 min barelini xam neft, 159 min barelini isə kondensat təşkil edib

BAKI, 11 fevral — Sputnik. 2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barel olub. Bunun 593 min barelini xam neft, 159 min barelini isə kondensat təşkil edib.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, "Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olmuş Azərbaycan 2021-ci ilin yanvar ayında gündəlik xam neft hasilatını 123 min barel azaldaraq 595 min barel həcmində saxlamalıdır.

Qeyd edək ki, cari il yanvarın 5-də keçirilmiş OPEC+ ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral və mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, OPEC+ ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barel, martda isə 7 milyon 50 min barel təşkil etməlidir. Azərbaycanın bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral və mart aylarında sabit şəkildə qalmalıdır.

Əsas mövzular