Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ötən il büdcəmizi kimlər doldurub, kimlər xərcləyib?

© Photo : TRENDЗдание Министерства финансов Азербайджанской Республики
Здание Министерства финансов Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Abunə olmaq
2020-ci il üzrə dövlət büdcəsinin mədaxili 24 124 milyon manat proqnoza qarşı 24 679,2 milyon manat və yaxud 102,3% icra olunub.

BAKI, 10 fevral — Sputnik. Operativ məlumatlara əsasən, 2020-ci il üzrə dövlət büdcəsinin mədaxili 24 124 milyon manat proqnoza qarşı 24 679,2 milyon manat və yaxud 102,3% icra olunub ki, bu da 2019-cu illə müqayisədə 461,1 milyon manat və yaxud 1,9% çoxdur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda əksini tapıb.

Məlumata görə, ötən il qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 10 677,2 milyon manat və yaxud 105,4% icra edilib ki, bu da 2019-cu illə müqayisədə 63,7 milyon manat və yaxud 0,6% çoxdur.

Нефтяные насосы в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.02.2021
İQTİSADİYYAT
"Neft tanrısı" Azərbaycanın yanındadır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 7 387,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 197,2 milyon manat və yaxud 2,7% çoxdur.

Həmin vəsaitin 75,6%-i və yaxud 5 585,1 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 185,1 milyon manat və yaxud 3,4%, 2019-cu illə müqayisədə 153,1 milyon manat və yaxud 2,8% çoxdur.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 938,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 108,2 milyon manat və yaxud 2,8% çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılmış məbləğdə transfert, yəni 12 200 milyon manat vəsait daxil olub.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 596,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 207,9 milyon manat və yaxud 25,9% az, 2019-cu illə müqayisədə isə 17,2 milyon manat və yaxud 3% çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə dövlət əmlakının icarəyə verilməsindən daxilomalar üzrə 10,3 milyon manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 2,3 milyon manat və yaxud 28,8% çoxdur.

Dövlət büdcəsinə sair daxilolmalar üzrə 547,4 milyon manat vəsait daxil olub.

Operativ məlumatlara əsasən 2020-ci ildə dövlət büdcəsinin xərcləri təsdiq olunmuş proqnoza nisbətən 96,1 faiz və ya 26416,3 mln. manat icra olunmuşdur ki, bu da 2019-cu illə müqayisədə 1990,4 mln. manat və ya 8,1 faiz çoxdur.

Dövlət büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsinə, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin tam və vaxtında maliyyələşdirilməsinə nail olunub.

Бизнесмен, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.02.2021
YAZARLAR
Çörəkverən kişilər

2020-ci il dövlət büdcəsi xərclərinin 16364,0 mln. manatı və ya 62,0 faizi cari xərclərə yönəldilib ki, bu da 2019-cu illə müqayisədə 2835,1 mln. manat və ya 21,0 faiz çoxdur. Cari xərclər üzrə artım əsasən 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əmək haqlarının və ölkədə pensiya və sosial ödənişlər üzrə baş vermiş artımların qarşlanmasına 2039,9 mln. manat, koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyatda yaratdığı mənfi təsirlərin azaldılmasına və mübarizə tədbirlərinə 609,0 mln. manat, ali təhsilin maliyyələşmədirilməsinə 186,2 mln. manat vəsait yönəldilib.

2020-ci ilin dövlət büdcəsindən 8326,1 mln. manatı və ya 31,5 faizi əsaslı xərclərə (2019-cu illə müqayisədə 1046,1 mln. manat və ya 11,2 faiz az), 1726,2 mln. manatı və ya 6,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2019-cu illə müqayisədə 201,4 mln. manat və ya 13,2 faiz çox) yönəldilib.

2020-ci ildə 2019-cu illə müqayisədə səhiyyə xərclərinə 1,9 dəfə və ya 814,0 mln. manat, sosial müdafiə və sosial təminat xərclərinə 36,2 faiz və ya 828,1 mln. manat, müdafiə və milli təhlükəsizlik xərclərinə (cari xərclər, dövlət investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 36,1 faiz və ya 1072,6 mln. manat, təhsil xərclərinə 26,4 faiz və ya 579,9 mln. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərə 21,0 faiz və ya 317,1 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 7,3 faiz və ya 23,2 mln. manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 2,1 faiz və ya 22,7 mln. manat çox vəsait yönəldilib.

Nazir: Büdcədən maliyyələşən təşkilatlar lüzumsuz ştatların artırılmasından çəkinməlidir>>

Dövlət büdcəsi xərclərinin 36,5 faizi və ya 9652,0 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2019-cu illə müqayisədə 1890,7 mln. manat və ya 24,4 faiz çoxdur.

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində təsdiq edilmiş 3787,5 mln. manat müdafiə xərclərinə qarşı (cari xərclər, investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 4426,8 mln manat vəsait ayrılmışdır ki, bu da 2019-cu illə müqayisədə 1072,6 mln. manat və ya 36,1 faiz çoxdur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq dövlət büdcəsindən müdafiə xərclərinə əlavə ayrılmış vəsait hesabına yeni hərbi texnikanın alınması, ön cəbhəyə ezam olunmuş hərbi qulluqçuların və səfərbərliklə hərbi xidmətə çağırılmış zabit və gizir vəzifələrinə təyin edilmiş heyətin əlavə pul təminatı, Silahlı Qüvvələrə səfərbərliklə çağırılmış əsgər vəzifələrinə təyin edilmiş heyətə xidmət etdiyi müddətdə aylıq vəzifə maaşı və ona müəyyən edilmiş aylıq əlavənin ödənilməsi qarşılanmışdır.

Экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.02.2021
ELM
Dövlət hesabına təqaüd alacaq tələbələrə şad xəbər

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 1985,6 mln. manat vəsait istifadə olunub.

Həmin vəsaitdən 612,5 mln. manatı koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vasitələrinin alınmasına, çarpayı fondunun artırılması və ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə yönəldilib.

Bununla yanaşı, qlobal pandemiya ilə bağlı dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1334,1 mln. manat vəsait sərf olunub.

Xəbər lenti
0