08:43 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
İQTİSADİYYAT
Qısa URL
50 0 0

Keyfiyyət tələblərinin işlənib hazırlanmasında "Bitki adı ilə adlandırılan yağlara dair" CXS (Codex Stan) 210-1999 saylı Kodeks Alimentarius Beynəlxaq qida standartına istinad olunub.

BAKI, 6 fevral — Sputnik. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Bitki adı ilə adlandırılan yağlara dair minimum keyfiyyət və təhlükəsizlik tələbləri"ni müəyyənləşdirib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sənəd 2021-ci il aprelin 1-dən qüvvəyə minir.

Tələblərə əsasən, bitki yağları aşağıda göstərilənlərə uyğun olmalıdır:

- Aşağı miqdarda eruk turşulu raps yağının tərkibində eruk turşusu 2%-dən çox olmamalıdır (yağ turşularının ümumi miqdarının %-i nisbətində);

- Yüksək miqdarda olein turşulu saflor yağının tərkibində olein turşusu 70%-dən az olmamalıdır (yağ turşularının ümumi miqdarının %-i nisbətində);

- Yüksək miqdarda olein turşulu günəbaxan yağının tərkibində olein turşusu 75%-dən az olmamalıdır (yağ turşularının ümumi miqdarının %-i nisbətində);

- Yüksək miqdarda olein turşulu palma yağının tərkibində olein turşusu 48%-dən az olmamalıdır (yağ turşularının ümumi miqdarının %-i nisbətində);

- Orta miqdarda olein turşulu günəbaxan yağının tərkibində olein turşusu 43,1%-dən az olmamalıdır (yağ turşularının ümumi miqdarının %-i nisbətində);

- Palma çəyirdəyi oleinin ərimə temperaturu 21oC - 26oC hüdudunda olmalıdır;

- Palma çəyirdəyi stearinin ərimə temperaturu 31oC - 34oC hüdudunda olmalıdır;

- Palma oleinin ərimə temperaturu 24oC-dən çox olmamalıdır;

- Palma stearinin ərimə temperaturu 44oC-dən az olmamalıdır;

- Palma superoleinin ərimə temperaturu 19.5oC-dən çox olmamalıdır.

Tələblərdə həmçinin digər minimum keyfiyyət və tərkib göstəriciləri, qida əlavələri, bitki yağlarında maye qaz xromatoqrafiyası vasitəsilə müəyyən edilmiş yağ turşuları tərkibi, rafinə edilməmiş bitki yağlarının tərkibindəki sterolların miqdarı və s. də müəyyənləşdirilib.

Bu tələblərin işlənib hazırlanmasında "Bitki adı ilə adlandırılan yağlara dair" CXS (Codex Stan) 210-1999 saylı Kodeks Alimentarius Beynəlxaq qida standartına istinad olunub.

Teqlər:
tələblər, keyfiyyət, palma yağı, bitki yağı

Əsas mövzular