19:27 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
İQTİSADİYYAT
Qısa URL
10 0 0

Hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır.

BAKI, 4 fevral — Sputnik. 2020-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 27,8 milyon ton (211 milyon bareldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 278 tankerə yüklənib.

"BP Azerbaijan" şirkətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, il ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 111 milyon dollar, əsaslı xərclərə isə təqribən 29 milyon dollar sərf olunub.

1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan ötən ilin sonunadək BTC ilə ümumilikdə 475 milyon tondan çox (təxminən 3,57 milyard barel) xam neft nəql olunub və Ceyhan limanında 4659 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Əsas mövzular