19:48 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
İQTİSADİYYAT
Qısa URL
22 0 0

Azərbaycanda bir neçə müəssisəyə Qazaxıstana pomidor ixrac etməyə icazə verilib. AQTA ilə Qazaxıstan Respublikasının müvafiq qurumları arasında müzakirələr davam etdirilir

BAKI, 29 yanvar — Sputnik. Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına ixrac olunan pomidor məhsullarına tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ardıcıl tədbirləri davam etdirilir.

Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə Qazaxıstanın  müvafiq qurumları arasında aparılan danışıqlar, həmçinin Agentliyin mütəxəssisləri tərəfindən müxtəlif təsərrüfatlardan, yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə qonur qırışıqlıq virusu və digər viruslar aşkar olunmadığını əks etdirən sübutlara əsasən 29 yanvar 2021-ci il tarixindən bu ölkəyə pomidor ixracı ilə məşğul olan 40 müəssisəyə ixrac üçün icazə verilib.

Eyni zamanda sözügedən virusun bir sıra dünya ölkələrində yeni karantin tətbiq olunan zərərli orqanizm kimi müəyyən olunması nəzərə alınaraq bu virusun tədqiqi ilə bağlı hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması ilə bağlı qarşılıqlı razılıq əldə olunub.

Bildirilir ki, ixrac üçün icazə verilən hər bir təsərrüfatın məhsul partiyalarından AQTA tərəfindən qonur qırışıqlıq virusu üzrə müayinələr aparılacaq və müayinələrin nəticələrinə uyğun olaraq müvafiq sertifikatla təmin olunan sahibkarlıq subyektləri bu ölkəyə pomidor məhsulu ixrac edəcəklər.

Hazırda AQTA ilə Qazaxıstan Respublikasının müvafiq qurumları arasında müzakirələr davam etdirilir.

Teqlər:
icazə, Qazaxıstan, ixrac, pomidor

Əsas mövzular