CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xarici ölkələrdə Azərbaycan ticarət evlərinin sayı artırılacaq

© AFP 2023 / AAMIR QURESHIФлаг Пакистана, фото из архива
Флаг Пакистана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Ticarət Evi" layihəsinə dair ticarət evlərinin yeni fəaliyyət konsepsiyası hazırlanıb. Daha iki ölkədə bu cür nöqtələr açıla bilər

BAKI, 28 yanvar — Sputnik. "Azərbaycan Ticarət Evi" layihəsinə dair ticarət evlərinin yeni fəaliyyət konsepsiyası hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev keçirdiyi mətbuat konfransında deyib.

Y.Abdullayev qeyd edib ki, Pakistan və Yaponiyada Azərbaycan Ticarət evlərinin açılması ilə bağlı müraciətlər var. Hazırda bu ölkələrin bazarları araşdırılır.

Qeyd edək ki, ilk "Azərbaycan Ticarət Evi" 2017-ci ilin mayında Minsk şəhərində açılıb.

Xəbər lenti
0