Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftimiz bahalaşır

© AFP 2023 / DELIL SOULEIMANНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 25 yanvar — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 0,05 dollar artaraq 55,46 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,06 dollar bahalaşaraq 52,33 dollar olub.

Ötən həftə "Azeri Light" markalı neftin orta qiyməti 56,24 dollar olub. Bu da ondan öncəki həftənin orta qiyməti ilə müqayisədə 0,36% çoxdur.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbər lenti
0