Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pomidor ixrac edən sahibkarlara dəstək göstəriləcək

© AFP 2023 / RONALDO SCHEMIDTУрожай томатов, фото из архива
Урожай томатов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə ixracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni prioritet bazarların araşdırılması məsələləri müzakirə edilib.

BAKI, 12 yanvar — Sputnik. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə pomidor istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn formatda görüş keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısının tapşırığından irəli gələn məsələlərin həlli məqsədilə İqtisadiyyat Nazirliyinin müvafiq qurumları – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər şəxslərinin, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə ixracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni prioritet bazarların araşdırılması məsələləri müzakirə edilib.

20-dən çox şirkətin nümayəndəsinin və 40-a yaxın fərdi sahibkarın iştirak etdiyi tədbirdə AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ixracatçılara bu sahədə yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər və göstəriləcək dəstək mexanizmləri barədə məlumat verib, sahibkarları bu sahənin inkişafı məqsədilə dövlət qurumları ilə sıx əməkdaşlığa dəvət edib.

Görüşdə ənənəvi bazarlarla yanaşı, Körfəz və Avropa ölkələrə satışının həyata keçirilməsi istiqamətində işlərin başlandığı bildirilib.

Sonda ölkənin müxtəlif regionlarda pomidor istehsalı sahəsində fəaliyyət göstərən ixracatçıların fikirləri dinlənilib, yeni bazarlara ixrac prosedurları ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti
0