17:45 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İQTİSADİYYAT
Qısa URL
Neft qiymətləri ətrafındakı ajiotaj (67)
44 0 0

OPEC+ alyansının qərarı gözlənilməz təsir bağışlayır – axı pandemiyanın ikinci dalğası hələ başa çatmayıb və tələb yavaş-yavaş bərpa olunur. Bununla belə, razılaşdırılmış artım yanvar ayında gözlənilənin yalnız dörddə birini təşkil edir.

BAKI, 11 yanvar — Sputnik, Natalya Dembinskaya. Neftin qiyməti son 8 ayda ən yüksək səviyyəyə çatıb. Bazar peyvənd xəbərlərinə və OPEC+ ölkələrinin qərarına bu şəkildə reaksiya verdi. Analitiklər dünya iqtisadiyyatının canlanmasını, məhdudiyyətlərin aradan qaldırılmasını və "qara qızıl"a olan tələbatın artacağını planlaşdırırlar. Gələn il neftin qiymətinin nə qədər arta biləcəyi haqqında RİA Novosti-nin materialında.

Asta irəliləyiş

2020-ci ildə qlobal neft bazarında bir neçə eniş dalğası yaşandı. Buna bir sıra amillər kompleksi təsir göstərdi ki, onların ən əsası da tələbin kəskin azalması ilə xammalın həddindən artıq istehsalı, həmçinin pandemiya və bütün ölkələrdə tətbiq olunan məhdudiyyətlərdir. Təkcə mart ayında neftin qiyməti iki dəfədən çox ucuzlaşdı. Bununla belə, payızın sonlarına doğru bazarda güclü təkan yaşandı. Buna səbəb Qərbdə COVID-19 peyvəndinin uğurla sınaqdan keçirilməsi və ABŞ-da keçirilən prezident seçkisinin nəticəsi idi. Məsələ burasındadır ki, Co Bayden yaşıl texnologiyaların tərəfdarıdır və Donald Trampdan fərqli olaraq Amerika neftçilərinə dəstək olmaq fikrində deyil.

Koronavirusla mübarizə getdikcə güclənir və daha uğurla həyata keçirilir. Reuters-in analitikləri belə hesab edirlər ki, 2021-ci ildə neftə olan tələbat artacaq.

Lakin nikbin proqnozlara baxmayaraq, vəziyyət qeyri-sabit olaraq qalır. Beynəlxalq reytinq agentliyi "Fitch" neftə olan tələbin yalnız əhalinin peyvənd olunması sahəsində ciddi irəliləyiş qeydə alınacağı təqdirdə artacağını proqnozlaşdırır. Analitiklərə görə, bu artım asta-asta baş verəcək.

OPEC+ təəccübləndirdi

Dekabr ayının əvvəlində OPEC+ alyansı yanvar ayında hasilatı gündəlik 500 min barelə qədər artırmağa qərar verdi. Bundan sonrakı rəqəmlər isə nazirlərin aylıq iclaslarının nəticəsi əsasında müəyyənləşdiriləcək. Bununla belə, yeni müqavilələrin etibarlılıq müddəti təyin edilmədi.

Qiymət dərhal səkkiz ayın ən yüksək səviyyəsinə qalxdı, "Brent" markasına məxsus neftin bir bareli 50 dollara yaxınlaşdı və rubl bir qədər möhkəmləndi.

Neft buruğunun yanında, arxiv şəkli
© REUTERS / ESSAM AL-SUDANI

OPEC+ alyansının qərarı gözlənilməz təsir bağışlayır – axı pandemiyanın ikinci dalğası hələ başa çatmayıb və tələb yavaş-yavaş bərpa olunur. Bununla belə, razılaşdırılmış artım yanvar ayında gözlənilənin yalnız dörddə birini təşkil edir. Oyunçular üçün bu bir siqnaldır: alyans bazarın canlanacağını gözləyir və eyni zamanda, istehsalı istənilən vaxt məhdudlaşdırmağa hazırdır.

"Kompromis ondan ibarətdir ki, biz tədricən, ehmallı addımlarla hasilatı razılaşma ilə nəzərdə tutulmuş səviyyədə bərpa edirik. Ümid edirəm ki, bu, qarşıdakı rüb ərzində baş verəcək", – deyə Rusiya Baş nazirinin müavini Aleksandr Novak vəziyyəti izah edib.

Qeyri-müəyyən vəziyyət

Analitiklər bu fikirdədirlər ki, OPEC+ tərəfindən təsdiqlənmiş hasilatda tədrici artım variantı texnoloji xüsusiyyətləri və genişləndirilmiş infrastrukturu səbəbindən istehsalını sürətlə artıra bilməyən Rusiya üçün əlverişlidir. Bununla belə, ilin əvvəlində neft tədarükü həddindən artıq ola bilər.

"Aprel ayında hasilat ikinci rübdə proqnozlaşdırılan tələbin cəmi 96,1 milyona çatması ilə gündə iki milyon barelə kimi artacaq. Yanvarın 1-dən sonra təklifin tələbi üstələməsi "Brent" markalı neftin yaxın 5 ay ərzində dekabrdakı qiyməti keçməyəcəyini göstərir", - "Freedom Finance"-ın analitiki Yevgeni Mironyuk belə deyir.

Şirkət peyvəndin təsirindən və sərhədlərarası məhdudiyyətlərin ləğvindən asılı olaraq il ərzində qiymətin 40-60 dollar arasında dəyişəcəyini proqnozlaşdırır. Bir sözlə, hər hansı bir xoşagəlməz sürpriz vəziyyəti dəyişə bilər. Axı heç də bütün neft istehsalçıları bu alyansın üzvü deyil və onların hasilatı artırmasına heç nə mane olmur.

Məsələn, ABŞ son aylarda hasilatı bir milyon barel artırıb. "Buradan çıxış edərək birinci rübdə neftin qiymətinin 40-42 dollara qədər düşə biləcəyini söyləmək olar. Bundan sonra hər şey dünya dövlətlərinin pandemiyadan neçə çıxmasından asılıdır", – deyə QBF-nin aparıcı analitiki Oleq Boqdanov bildirib.

Neft buruğu, arxiv şəkli
© AP Photo / Charlie Riedel

"2021-ci il üçün neftin bir barelinin qiyməti 37-42 dollar diapazonu arasında müəyyənləşdirilib. Pandemiya və onun nəticələri neftin qiymətinə öz təsirini göstərəcək. Eləcə də, OPEC+ ölkələrinin öz büdcələrini doldurmaq üçün hasilatı artırmaq istəmələri də buna təsirsiz ötüşməyəcək", – deyə Rusiya Sığorta Bankının xəzinə direktoru Vladimir Volkov bildirib.

Digər tərəfdən, aparıcı Amerika bankları neftin 60 dollara, "Goldman Sachs" isə hətta 65 dollara qədər yüksələcəyini proqnozlaşdırır. Eyni zamanda, istehlak qışda gündə üç milyon barel azalacaq ki, bu da evlərin qızdırılması və hələlik koronavirusla nisbətən uğurla mübarizə aparmağa nail olmuş Çindən tədarük tələbi ilə qismən kompensasiya olunacaq.

"Ancaq qış problemləri COVID-19-un ikinci dalğası kimi neft bazarının normallaşması yolunda kiçik maneədir", – deyə bank analitikləri qeyd edirlər.

"Bank of America" (BofA) "Brent" markalı neftin birinci yarım ilin sonunda 60 dollara yüksələcəyini təxmin edir. Mütəxəssislər Qərbdə kütləvi vaksinasiya səbəbindən məhdudiyyətlərin aradan qaldırılacağını gözləyirlər.

BofA-da belə hesab edirlər ki, dünya neft istehlakının yarıdan çoxunu təmin edən yanacağa olan tələbat gündəlik 1,6 milyon barel kəsir yaradacaq. Bankın icmalına görə, neftin illik orta qiyməti 50 dollar təşkil edəcək.

Ancaq unutmaq olmaz ki, əsas risklərdən biri də İrana tətbiq olunan sanksiyaların Baydenin dövründə ləğvi və İran neftinin dünya bazarına sürətlə qayıdışıdır.

 

Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (67)
Teqlər:
Koronavirus, COVID-19, pandemiya, proqnoz, qiymət, OPEC, neft

Əsas mövzular