CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksilərdə qiymət artırıla bilər?

© © Baku Transport AgencyОстановки для такси
Остановки для такси - Sputnik Azərbaycan
Abunə olmaq
"Taksilərlə bağlı ehtimal var ki, qiymət artırıla bilər, çünki taksilərdə vahid qiymət müəyyən olunmayıb".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. "Ölkədə yanacağın qiymətində dəyişiklikdən sonra sərnişindaşımada qiymət artımı qeydə alınmasa da taksilərlə bağlı belə bir ehtimal var".

Bunu Sputnik Azərbaycan-a açıqlamalasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova söyləyib. O bildirib ki, regionlarda şəhərdaxili sərnişindaşımada qiymət artımı yoxdur: "Regionlarda daşıyıcılara tapşırılıb ki, qiymət artımına yol verilməsin. İctimai nəqliyyatda bu günə qiymət artımı müşahidə olunmayıb. Taksilərlə bağlı ehtimal var ki, qiymət artırıla bilər. Çünki taksilərdə vahid qiymət müəyyən olunmayıb. Bununla belə, fərqlənmə nişanı olan taksilərin mövcud bazar qiymətlərini nəzərə alması vacibdir".

Xəbər lenti
0