Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

OPEC: 2021-ci ildə neftə tələbat artacaq

© AFP 2023 / APU GOMESНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Barkindo qeyd edib ki, koronavirus üçün peyvəndlərin hazırlanması dünya iqtisadiyyatının böyüməsinə və neft bazarının artımına böyük ümidlər bəsləyir

BAKI, 4 yanvar - Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci ildə bu növ yanacağa olan tələbatın sutkalıq 5,9 milyon barel artaraq 95,9 milyon barelə çatacağını gözləyir.

“Report”un verdiyi məlumata görə, bu barədə təşkilatın baş katibi Məhəmməd Barkindo OPEC+ Texniki Monitorinq Komitəsinin bazar günü keçirilən iclasından sonra bildirib.

Onun sözlərinə görə, OPEC+ ölkələrinin 2020-ci ilin 3 dekabr tarixli qərarı ilə yaxın aylarda tədricən bazara 2 milyon barel neftin qaytarılması imkanı verir. Eyni zamanda saziş iştirakçıları olan ölkələr hər an bazar vəziyyətindən asılı olaraq bu planı tənzimləməyə hazırdırlar.

O qeyd edib ki, koronavirus üçün peyvəndlərin hazırlanması dünya iqtisadiyyatının böyüməsinə və neft bazarının artımına böyük ümidlər bəsləyir: “Biz ümid edirik ki, bu il neftə tələbat azalmadan artıma keçəcək və gündəlik 95,9 milyon bareli keçəcək ki, bu da 2020-ci ilə nisbətən gündəlik 5,9 milyon barel çoxdur".

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 18:00-da OPEC+ ölkələrinin nazirləri fevral ayı üçün hasilat səviyyələrinə qərar vermək üçün növbəti onlayn görüşə toplanacaqlar. Dekabrın 3-də keçirilən daha öncəki iclasda neft hasilatını ayda gündəlik 0,5 milyon bareldən çox olmayan şəkildə tədricən artırmaqla bağlı razılığa gəliblər. Bundan əvvəl isə OPEC+ Monitorinq Komitəsi Nazirlərinin görüşü keçiriləcək ki, burada da iştirakçılar noyabr sazişinin icra səviyyəsini müzakirə edəcək və üzv ölkələrə fevral ayı üçün hasilatla bağlı tövsiyələr verə bilərlər.

Xəbər lenti
0