13:58 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
İQTİSADİYYAT
Qısa URL
11 0 0

Prezident dövlət büdcəsindən yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün ayrılan 261 milyon manat vəsaitin bölgüsünü və həmin bölgüdə ediləcək dəyişiklikləri həyata keçirməyi NK-ya tapşırıb.

BAKI, 1 yanvar - Sputnik. Bu ilin dövlət büdcəsində yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün 261 milyon manat vəsait ayrılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanında əksini tapıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla nəzərdə tutulan vəsaitin bölgüsünü və həmin bölgüdə ediləcək dəyişiklikləri həyata keçirmək tapşırılıb.

Əsas mövzular