18:10 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İQTİSADİYYAT
Qısa URL
31 0 0

Hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan hallarda Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə transfert (köçürmə) edilməsi üçün istifadə oluna bilinəcək

BAKI, 30 dekabr — Sputnik. Milli Məclisin iclasında "Dövlət borcu haqqında" qanuna dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu qanunla hər bir büdcədənkənar fondla büdcə arasında olan əlaqə tənzimlənir. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu da büdcədənkənar bir fonddur. Onun yaradılmasının əsas məqsədi dövlət zəmanəti ilə dövlət şirkətlərinin götürdüyü borca xidmət mexanizminin yaradılmasıdır. Təminat Fondu bu borcu özü ödəyir, daha sonra isə dövlət şirkətləri götürdüyü borclara görə aylıq, illik ödəmələri həmin fonda ödəyir. İndiyədək bizim qanunda dövlət büdcəsindən Təminat Fonduna ödəmənin mexanizmi mövcuddur, amma əks-mexanizm mövcud deyil. Bu dəyişiklik həmin əks mexanizmin yaradılması məqsədini daşıyır.

Dəyişiklik hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan hallarda Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə transfert (köçürmə) edilməsi üçün istifadə oluna bilməsi məqsədilə hazırlanıb.

Belə ki, 2021-ci ildə dövlət büdcəsinə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan 880 milyon manat transfert nəzərdə tutulub.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Teqlər:
dəyişiklik, qanun, Milli Məclis, fond, dövlət borcu

Əsas mövzular