15:23 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İQTİSADİYYAT
Qısa URL
28 0 0

Mərkəzi Bankın 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında bildirilir ki, zәruri hallarda valyuta bazarını tarazlaşdırmaq üçün qabaqlayıcı tәdbirlәr görülәcәkdeyilir

BAKI, 29 dekabr — Sputnik. Zәruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı tәmin etmәk üçün hökumәtlә birlikdә qabaqlayıcı tәdbirlәr görülәcәk.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, valyuta tәnzimlәnmәsinin optimallaşdırılması işlәri 2021-ci ildә dә diqqәtdә saxlanılacaq və digәr lövbәr olan pul tәklifi iqtisadi artım vә inflyasiya proqnozları, habelә maliyyә bazarlarında proseslәr nәzәrә alınmaqla tәnzimlәnәcәk.

Bundan əlavə, hәdәflәrә nail olmaq üçün perspektivdә dә AMB-in bütün alәt vә mexanizmlәrdәn adekvat istifadә edәcәyi və verdiyi siyasәt qәrarlarının ardıcıllığı vә effektivliyini diqqәtdә saxlayacağı deyilir.

Teqlər:
manat, milli valyuta, valyuta bazarı, Elman Rüstəmov, Mərkəzi Bank

Əsas mövzular