CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin gündəliyi dəyişdi - Vergi Məcəlləsinə dəyişiklik ediləcək

© Sputnik / Murad OrujovНалоговый кодекс Азербайджанской Республики
Налоговый кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Parlament sədri Sahibə Qafarova deyib ki, prezident tərəfindən Milli Məclisə iki yeni qanun layihəsi göndərilib: "Bunlar təxirə salınmadan qəbul edilməlidir”.

BAKI, 28 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasının gündəliyi dəyişib.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə iki məsələ əlavə olunub.

Bunlar Vergi Məcəlləsinə və "Dövlət borcu haqqında" qanuna dəyişikliklərdir.

Bununla da iclasın gündəliyindəki məsələlərin sayı 14-ə çatıb.

Parlament sədri Sahibə Qafarova deyib ki, prezident tərəfindən Milli Məclisə iki yeni qanun layihəsi göndərilib: "Bunlar təxirə salınmadan qəbul edilməlidir”.

Bunlar Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir (birinci oxunuş).

 

Xəbər lenti
0