Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanlı nazirdən kədəli mesaj: İlin sonundək iqtisadiyyatımız kiçiləcək

© Sputnik / Murad OrujovPul sayan qadın, arxiv şəkli
Pul sayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək vacib tədbirlər var. Eyni zamanda dövlət sərhədlərinin bərpası üçün də vəsaitlər nəzərə alınıb" - Nazir.

BAKI, 24 dekabr — Sputnik. "Növbəti ildə neft sektorundan gələn gəlirin xüsusi çəkisinin 4 faiz azalması nəzərdə tutulur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin ötən gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, əsas məqsədlərdən biri qeyri-neft sektorunun gəlirlərdə xüsusi çəkisinin artırılmasıdır: "Gələn il qeyri-neft sektorundan 5 milyard 674 milyon manat vergi daxilolmaları gözlənilir".

S.Şərifovun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar bir sıra vergi güzəştlərinin tətbiqini nəzərə alaraq bu il mənfəət vergisində artım gözlənilmir.

O bildirib ki, ilin sonuna iqtisadiyyatımızın 4%-dək kiçilməsi gözlənilir.

Nazir deyib ki, 2020-ci ildə pandemiyanın insanlara təsirinin ardan qaldırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib:

"2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək vacib tədbirlər var. Eyni zamanda dövlət sərhədlərinin bərpası üçün də vəsaitlər nəzərə alınıb. 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcə layihələri "Büdcə sistemi haqqında" qanuna uyğun şəkildə qurulub. Prezidentin müəyyən etdiyi qeyri-neft sektorunun inkişafı və s. əsas götürülüb. Növbəti ildə baş verəcək dəyişikliklər və bunun Azərbaycan iqtisadiyyatına təsirləri, ölkə iqtisadiyyatının makroiqtisadi reallıqları və iqtisadi inkişafın növbəti mərhələsinə keçidlə bağlı gözləntilər nəzərə alınıb".

Xəbər lenti
0