15:51 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
İQTİSADİYYAT
Qısa URL
225 0 0

"Yerdə qalan 1 milyon 955 min 757 abonent (ümumi əhali abonentlərinin 84,38 %) qazdan güzəştli limit daxilində istifadə edib" - Ceyhun Səfərov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. "2020-ci ilin 11 ayının iqtisadi göstəricilərinə görə dekabr ayının birinə olan məlumata əsasən, “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 317 min 683 əhali abonentinin cəmi 15,62 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib".

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib. Qeyd olunub ki, bu da say etibarı ilə 361 926 abonent deməkdir: "Yerdə qalan 1 milyon 955 min 757 abonent (ümumi əhali abonentlərinin 84,38 %) qazdan güzəştli limit daxilində istifadə edib".

Teqlər:
güzəşt, abonent, limit, qaz

Əsas mövzular