Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycandan kapital axını artır - Qarşısını necə alaq?

© AFP 2023 / ROMEO GACADВ обменном пункте сортируют доллары, фото из архива
В обменном пункте сортируют доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Kapital axınının artması ilk növbədə manata təzyiqləri artıran əsas faktorlardan biridir. Azərbaycandan kapital manat şəklində çıxarılmır, yəni müxtəlif valyutalarda əsasən də dollarda çıxarılır. Buna görə də manata təzyiqlər daha da dərinləşir, ağırlaşır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan kapitalın repatriasiyasının (çıxarılma) həcmi 3 milyard 403.1 milyon dollar təşkil edib. Sputnik Azərbaycan xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi tədiyə balansının məlumatında qeyd olunub.

2019-cu ilin 9 ayında kapitalın repatriasiyası 2 milyard 365.5 milyon dollar təşkil etmişdi. Beləliklə, Azərbaycandan kapitalın çıxarılması 1 milyard 38 milyon dollar və ya 43,9% artıb.

Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Pensiya kapitalı və ədalət - qalaqlanan problemlər üçün çözüm təklifi

Kapital axınının artması ilə bağlı iqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, ölkədən kapital çıxışının qarşısını inzibati yolla almaq mümkün deyil: "Və kapital çıxışının qarşısını inzibati yolla almaq da doğru addım deyil. Çünki kapital, valyuta çıxışlarına ciddi qadağalar qoyulsa, yaxud hər hansı bir formada qarşısı kəsilsə, bu, əks effekt verə bilər. Və investorlar üçün də mənfi siqnala səbəb olması mümkündür. Ona görə də kapital çıxışının qarşısını inzibati yolla almağı doğru saymıram. Məhdudlaşdırıcı addımlar əks effekt verə bilər".

"Bunun iqtisadi fəsadlarını və yaxud da iqtisadi səbəblərini aradan qaldırmaq üçün müəyyən addımların atılmasına ehtiyac var. Yəni bunun iqtisadi səbəbləri araşdırılmalıdır. Yəqin Azərbaycandan kapital axınının artmasının bir neçə səbəbi var. Əsasən mart-aprel aylarında Azərbaycanda karantin dövrü başlayanda paralel olaraq dünyada neftin qiymətində kəskin ucuzlaşma olub. Mart ayında rekord həddə valyuta satışı həyata keçirilib və həmin vaxt devalvasiya gözləntiləri yaranmışdı. Bu, kapital axını üçün əsas siqnallardan biri oldu" - deyə o qeyd edib.

Onun fikrincə, kapital axınının artmasının digər səbəbi daha çox həm siyasi, həm də iqtisadi məsələlər ilə bağlıdır: "Son 1 ildə yüksək vəzifəli məmurların işdən uzaqlaşdırılmasının, bəziləri ilə bağlı araşdırma aparılmasının və onlara bağlı olan biznes strukturlarının narahat olmasının həmin şəxslərə bağlı biznes strukturlarının da ölkədən valyuta çıxarışına müəyyən qədər sürət verə biləcəyini düşünürəm. Mənim əlimdə bununla bağlı konkret faktlar yoxdur. Amma ehtimal olaraq valyuta çıxışının sürətlənməsini həm də bu faktorla bağlamaq olar".

Заместитель директора Русской школы экономики UNEC Эльшад Мамедов - Sputnik Azərbaycan
Professor kapital və əmlak amnistiyası haqqında: mürəkkəb prosesdir

"Ona görə də kapital çıxışının qarşısını almağın iqtisadi yolu ölkədə investisiya mühitinin yaxşılaşdırılması, ölkəyə investisiya qoymaq üçün təşviqlərin artırılması, maliyyə amnistiyasının gündəmə gəlməsidir. Maliyyə amnistiyası yeni bir ağ səhifənin açılmasına səbəb ola və ölkədən kapital qaçışının qarşısını alan əsas hüquqi faktorlardan birinə çevrilə bilər. Yəni bir çox istiqamət üzrə bunun səbəbləri araşdırılmalı, bunun aradan qaldırılması yolları ilə bağlı addımlar atılmalıdır. Əgər inzibati qadağalar daha da sərtləşərsə, bu kapital əsasən də investorlar üçün mənfi mesaja çevrilə bilər", - deyə iqtisadçı bildirib.

Onun sözlərinə görə, kapital axınının artması ilk növbədə manata təzyiqləri artıran əsas faktorlardan biridir: "Azərbaycandan kapital manat şəklində çıxarılmır, yəni müxtəlif valyutalarda əsasən də dollarda çıxarılır. Buna görə də manata təzyiqlər daha da dərinləşir, ağırlaşır. Kapital axını artan zaman ölkənin valyuta ehtiyatlarına təzyiqlər artır. Ümumilikdə bu, Neft Fondunun valyuta ehtiyatlarına təsir göstərir və onun azalmasına səbəb olur".

Qeyd edək ki, məlumata görə, 9 ayda tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-509.7 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (2 893.4 mln. dollar) kapitalın repatriasiyası (3 403.1 mln. dollar) arasındakı fərqdən formalaşıb.

Исполнительный директор Центра анализа экономических реформ и коммуникаций Вусал Гасымлы - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vüsal Qasımlı: Kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir

Məlumatda qeyd edilib ki, cari ilin 9 ayı ərzində birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3.4 milyard dollar (27% artım) olub.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 milyard 803,7 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 4 milyard 166,8 milyon dollarlıq qalıq yaranmışdı.

Mərkəzi Bankın məlumatına görə, xarici mühitin əlverişsiz olduğu bir şəraitdə 2020-ci ilin 9 ayında tədiyə balansının əsas komponenti olan cari əməliyyatlar balansı (CƏB) tarazlığa yaxın olub. Tədiyə balansına əsasən ixrac qiymətlərinin dəyişimi təsir göstərib. Bu dövrdə qeyri-neft sektoru üzrə CƏB-in yaxşılaşması davam edib. Pandemiya şəraitində qeyri-neft sektoru üzrə əmtəə və xidmət idxalının azalması tədiyə balansına tarazlaşdırıcı təsir göstərib.

Xəbər lenti
0