13:50 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İQTİSADİYYAT
Qısa URL
22 0 0

Fondun resursları istehsalla məşğul olan yerli sahikarlara elmin, texnikanın və texnologiyanın müasir nailiyyətlərinə əsaslanan istehsalın təşviqinə əlavə imkan yaradacaq

BAKI, 21 dekabr — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydaları" əsasında sahibkarlıq subyektlərinin normativ texniki sənədlərə əlçatanlığının təmin edilməsi məqsədilə Standartlaşdırma üzrə Dövlət Fondu yaradılıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fondda dövlət standartları, texniki şərtlər, beynəlxalq (regional) və dövlətlərarası standartlar, müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumat və sənədlər əksini tapır.

Fondun resursları istehsalla məşğul olan yerli sahikarlıq subyetlərinə elmin, texnikanın və texnologiyanın müasir nailiyyətlərinə əsaslanan istehsalın təşviqinə, bununla da ölkəmizdə istehsal olunan istehlak mallarının rəqabətə davamlılığının yüksəlməsinə əlavə imkan yaradacaq. Eyni zamanda, ixracla məşğul olan sahibkarlıq subyektləri də idxalçı ölkələrin tələbləri ilə tanış ola biləcəklər. Bu da öz növbəsində, ölkənin ixrac imkanlarının artırılmasına, sahibkarların beynəlxalq ticarətdə qarşılaşdıqları əsassız maneələrin aradan qaldırılmasına töhvə verəcək.

Qanunvericiliyin tələblərinə görə texniki tənzimləmənin şamil olunduğu istehlak mallarının dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri üçün Fondda saxlanılan standartların və digər normativ sənədlərin icrası məcburidir. Standartların tələblərinə cavab verməyən malların satışı qadağandır və bu hal istehlakçı hüquqlarının pozulmasa hesab olunur.

İnzibati Xətalar Məcəlləsinə əsasən, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslərə 4000 manatdan 6000 manatadək inzibati cərimə tətbiq olunur.

Sahibkarlar və bütün digər maraqlı tərəflər standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsin internet saytı vasitəsilə (www.azstand.gov.az/) və ya kağız daşıyıcılarda əldə edə bilərlər.

Teqlər:
sahibkarlıq, istehsalçı, standart, fond, Nazirlər Kabineti

Əsas mövzular