17:54 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İQTİSADİYYAT
Qısa URL
2710

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması vacibdir.

BAKI, 21 dekabr — Sputnik. Azərbaycan Hökumətinin 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məqsədilə nə qədər vəsait ayıracağı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib. Rəsmi məlumata görə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Teqlər:
büdcə, tikinti, infrastruktur, Böyük Qayıdış, vəsait, Azərbaycan, Qarabağ

Əsas mövzular