16:30 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İQTİSADİYYAT
Qısa URL
10202

"Hotellərin fəaliyyətinə icazə verilsə də, ancaq qış turizminin inkişaf etdiyi ərazilərdə hotellər işləyir. Digərləri isə müştəri olmadığından işləmir" - Samir Dübəndi

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. Koronavirus pandemiyası səbəbindən Azərbaycanda bir sıra sahələrdə yerində xidmət dayandırılıb.

Bu günlərdə çoxlarını maraqlandıran sual Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə qış turizminin inkişaf etdiyi bölgələrdə hotellərin işləyib-işləməyəcəyidir.

Sputnik Azərbaycan-a Şahdağ Turizm Mərkəzindən bildiriblər ki, bayram günlərində müştərilərə xidmətlər göstəriləcək. Mərkəzdən aldığımız məlumata görə, artıq bayram günləri ilə bağlı paketlər hazırlanıb: "Şahdağda dekabrın 31-dən yanvarın 3-dək paket şəklində üç gecəlik istirahətin qiyməti 1550-1640 manat civarındadır. Bu, iki nəfər üçün olan qiymətdir. Bu qiymətə səhər yeməyi və şam yeməyi daxildir. Əgər Şahdağda kanat, xizək və sair qış turizm xidmətlərindən yararlansanız, bunun üçün əlavə məbləğ ödəməlisiniz. Xizək üçün kirayə götürəcəyiniz geyim və sairin qiymətinə görə 50 manatdan 70 manatadək pul ödəməlisiniz. Hoteldə SPA xidməti də göstərilir".

Mərkəzdən hoteldə ancaq bayramla bağlı üç günlük paketlərin satıldığını söylədilər.

"Qafqaz Tufandag Hotel"dən isə bildirdilər ki, Qəbələdə Yeni ili qarşılamaq üçün hazır paketlər var. Dekabrın 31-dən yanvarın 1-nə iki gecəlik hazır Yeni il paketi 966 manat təşkil edir. Buraya səhər yeməyi və 31-i gecə şam yeməyi daxildir. Qəbələdə "Riverside Hotel"də isə qiymət iki gecə şam yeməyi daxil 866 manatdır. Xizək turlarının qiyməti isə 12-20 manat arasıdır.

"DAİR" Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi Sputnik Azərbaycan-a bildirib ki, karantin olmayan ərazilərdə hotellərin fəaliyyətinə icazə verilir. Həmin rayonlarda həftəsonu hotellərdə yer tapılmır. Amma hotellərin fəaliyyətinə icazə verilsə də, ancaq qış turizminin inkişaf etdiyi ərazilərdə hotellər işləyir. Digərləri isə müştəri olmadığından işləmir.

Teqlər:
şam, gecə, Qəbələ, Tufandağ, Şahdağ, Yeni il, otel

Əsas mövzular