Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kriptovalyuta rekord vurur - "Vəziyyətin bir qədər düzələcəyini gözləyirdik"

© REUTERS / Benoit Tessier / illüstrasiyaVirtual pul vahidi bitkoin
Virtual pul vahidi bitkoin - Sputnik Azərbaycan
Abunə olmaq
Bu elektron valyuta 13 faiz bahalaşaraq ilk dəfə 22 min dollar səviyyəsindən yüksəyə qalxıb və beləliklə də, tarixi maksimumunu yeniləyib.

BAKI, 17 dekabr — Sputnik. Bitkoinin dəyəri maksimum səviyyəyə çatdı. Binance birjasının məlumatlarına görə, bitkoinin qiyməti təxminən 13 faiz artaraq ilk dəfə 22 min dollar səviyyəsindən yüksək olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, beləliklə, bu elektron valyuta tarixi maksimumunu yeniləyib.

İyirmidən çox birja üzrə orta qiyməti hesablayan CoinMarketCap portalının verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 07.19-a olan vəziyyətə əsasən, bitkoin 13,49 faiz bahalaşaraq 22.058 dollara bərabər olub. Binance-də isə 14,20 faiz artaraq 22,069 dollara çatıb.

"Bitkoin tarixi maksimum səviyyəsinə çatdıqdan sonra kəskin şəkildə yüksəlməyə başladı və hazırda 22 min dollardan baha satılır. Mən vəziyyətin bir qədər düzələcəyini gözləyirdim, amma göründüyü kimi, 17,5-19,5 min dollar arasındaki bu konsolidasiya mənfəətin qeyd alındığı dövr olub", - deyə müstəqil ekspert Mansur Hüseynov RİA Novosti-yə bildirib.

O, əgər iki gün ərzində bitkoinin dəyəri 20 min dollardan kəskin şəkildə aşağı düşməsə, artımın davam edəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, bitkoin - 2008-ci ildə Satoşi Nakamoto adlı naməlum şəxs və ya qrup tərəfindən ixtira olunmuş və 2009-cu ildə açıq mənbəli proqram kimi istifadəyə verilmiş elektron valyutadır. Bu valyuta kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən asılı deyil. Bitkoin heç bir maliyyə qurumuna ehtiyac olmadan kompüter və ya smartfonlar vasitəsilə birbaşa alınıb-satıla bilir. Bitkoin əməliyyatlarının təhlükəsizliyi isə bitcoin miner adlanan serverlər tərəfindən təmin edilir.

 

Xəbər lenti
0