Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Pomidor məsələsi”, ikinci raund: Rusiya Azərbaycanla yenidən danışıqlara başlayacaq

© AP Photo / Emrah GurelПродажа помидоров, фото из архива
Продажа помидоров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rosselxoznadzor dekabr ayının 10-dan etibarən Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyduğunu açıqlayıb

BAKI, 9 dekabr - Sputnik. “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli və Ermənistan hökuməti yanında Qida Məhsullarının təhlükəsizliyi üzrə Müfəttişliyinin rəisi Georgi Avetisyanla Rusiyaya tomat tədarükü barədə danışıqlar aparıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Azərbaycanla növbəti danışıqlar dekabrın 11-nə planlaşdırılıb.

Qeyd edək ki, Rosselxoznadzor dekabr ayının 10-dan etibarən Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyduğunu açıqlayıb. İdarədən bildiriblər ki, idxal olunan məhsullarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlanıb. Həmçinin dekabrın 14-dən etibarən Ermənistanın Armavir vilayətindən tomat və bibərin idxalına da Rusiya tərəfdən qadağa qoyulur. Buna səbəb həmin məhsullarda pepino mozaikası virusunun aşkarlanmasıdır.

“Cümə günü, dekabrın 11-də iki ölkənin səlahiyyətli qurumlarının mütəxəssislərinin yaranan situasiya barədə danışıqları planlaşdırılır. Tərəflər Azərbaycandan Rusiyaya tərəvəz məhsullarının tədarükü zamanı regionlaşdırma prinsipinin tətbiqinin mümkünlüyünü müzakirə edəcəklər”, - “Rosselxoznadzor”dan bildirilib.

Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.

 

Xəbər lenti
0