Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan nefti 43 dolları keçdi

© © Andrew Burton / Getty Images / AFPНефтяные контейнеры, фото из архива
Нефтяные контейнеры, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya birjalarında neft qiymətləri bahalaşıb. "Brent" markalı neftin qiyməti 0,51 dollar artaraq 44,12 dollar olub

BAKI, 11 noyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,39 dollar bahalaşaraq 43,32 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,51 dollar artaraq 44,12 dollar, "Light" markalı neftin qiyməti isə 0,52 dollar bahalaşaraq 41,88 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbər lenti
0