00:05 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
23 0 0

Nazir, eyni zamanda, pandemiya dövründə geniş miqyasda reallaşdırılan sosial dəstək tədbirlərindən bəhs edib.Nazir, eyni zamanda, pandemiya dövründə geniş miqyasda reallaşdırılan sosial dəstək tədbirlərindən bəhs edib.

BAKI, 10 noyabr — Sputnik. Azərbaycan beynəlxalq səviyyədə tanınmış öz ərazilərini Ermənistanın işğalından azad etməklə BMT-nin qətnamələrinin icrasını təmin edir. Hərbi əməliyyatlar Azərbaycanın öz ərazisində aparılır. Dövlət səviyyəsində terror siyasəti həyata keçirən Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə irimiqyaslı terror hücumları edilməsinə baxmayaraq, Azərbaycan Ordusu mülki əhalini heç zaman hədəfə almır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşündə vurğulayıb.

Nazir təcavüzkar Ermənistanın 30 ilə yaxındır BMT-nin 4 qətnaməsinə məhəl qoymadan Azərbaycan ərazilərini işğalda saxlamaqda davam etdiyini və sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təxribat törətdiyini deyib. O bildirib ki, həmin vaxtdan 3 dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, hər dəfə atəşkəs Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmaqla, Azərbaycanın cəbhədən uzaq və heç bir hərbi obyekt yerləşməyən yaşayış məntəqələri, mülki əhalisi ağır artilleriya atəşlərinə, raket hücumlarına məruz qalıb. Ermənistanın bu müharibə cinayətləri nəticəsində Azərbaycan tərəfindən içərisində uşaqlar, qadınlar, yaşlılar da olmaqla 92 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, 504 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası, 3064 yaşayış evi yararsız vəziyyətə düşüb.

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısından, sosial sahədə innovativ həllərin tətbiqinin genişlənməsinə xidmət edən son islahatlardan bəhs edən S.Babayev həssas əhali qruplarına dövlət qayğısının daim artmaqda olduğunu deyib.

Nazir, eyni zamanda, pandemiya dövründə geniş miqyasda reallaşdırılan sosial dəstək tədbirlərindən bəhs edib. O, BMT İP ilə Nazirliyin birgə icra etdiyi "Sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsinin əlilliyi olan şəxslərin özünüməşğulluğuna önəmli dəstəyini diqqətə çatdırıb. Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesinin qurulması işləri aparıldığını deyib. Eləcə də Nazirliyin BMTİP və BMT Əhali Fondu ilə birgə layihəsi olan "Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması" layihəsi üzrə artıq aktivlərlə təmin olunma prosesinin aparıldığını deyib.

S.Babayev "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun təşviqi" layihəsinin BMT İP ilə müsbət əməkdaşlıq təcrübəsinin daha bir nümunəsi olduğunu deyib. Layihənin gənclərin əmək bazarına çıxışının dəstəklənməsində ötən dövrdə əhəmiyyətli rol oynadığını bildirib. Son illərdə Nazirliklə BMT İP arasında səmərəli əməkdaşlığın mühüm fəaliyyət istiqamətləri üzrə genişlənməsinin təqdirəlayiq olduğunu qeyd edib.

A.Frakassetti BMT İP-in Nazirliklə əməkdaşlığında həssas qrupların məşğulluq imkanlarının artırılmasına yönələn istiqamətlərin mühüm yer tutduğunu və bu sahələrə görülən birgə işlərin müsbət nəticələrini diqqətə çatdırıb. Birgə layihələrin pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq ardıcıl və məqsədyönlü şəkildə davam etməsi üçün göstərilən səylərdən məmnunluğunu bildirib.

Görüşdə qeyd edilən layihələrin icra vəziyyəti və görüləcək işlər, pensiya islahatı işinin nəzərdən keçirilməsi və təhlili, COVID-19 pandemiyasının Azərbaycanda məşğulluq və əmək bazarına təsirinin qiymətləndirilməsi məsələləri müzakirə olunub.

Əsas mövzular