10:54 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
20 0 0

"Ermənistanın hücumları nəticəsində təmas xəttində yerləşən kəndlərdə xeyli iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikaları məhv edilib"

BAKI, 4 noyabr — Sputnik. "Gələcəkdə işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı hesablamalara və Fəaliyyət Planının hazırlanmasına başlanılıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, Azərbaycanda dövlət dəstəyi ilə ilk aqrar sığorta müqaviləsinin imzalanmasına həsr olunmuş tədbir ölkəmizin tarixində hər zaman qürurla xatırlanacaq günlərə təsadüf edir: "Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə uğurlu əks-həmlə əməliyyatlarını davam etdirir. Təəssüf ki, Ermənistan tərəfi döyüş meydanında məğlubiyyətlə barışmayaraq, atəş xəttinə yaxın ərazilərdə və hərbi əməliyyatlar bölgəsi ilə heç bir əlaqəsi olmayan rayon və şəhərlərdə mülki əhalini və mülki infrastrukturu atəşə tutur. Bu xain hücumlar nəticəsində 100-ə yaxın mülki şəxs həlak olub, yüzlərlə dinc sakin yaralanıb. Mülki əhaliyə xain hücumlar nəticəsində həlak olan və yaralanan soydaşlarımız arasında, həmçinin xeyli sayda fermerlər də var".

O bildirib ki, Ermənistanın hərbi aqressiyası aqrar sahəyə da mənfi təsir göstərib: "Bu hücum nəticəsində təmas xəttində yerləşən kəndlərdə xeyli iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikaları məhv edilib. Ümumilikdə, davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib. Buna baxmayaraq, müzəffər Ordumuz torpaqlarımızı azad etməkdə davam edir".

Əlaqədar

Qeyri-adi məkanda müqavilə: iqtisadiyyatımızda bu, bir ilkdir
Deputat: Yerli və türk mallarına üstünlük verin - Dəstək qalmaqalının izi ilə
Ödəniş kartları ilə fırıldaqçılıq halları müzakirə edilib
Ölkəmizin ixracında tomat birinci olub
Teqlər:
plan, inkişaf, kənd təsərrüfatı, iqtisadiyyat

Əsas mövzular