CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan nefti iki dollara yaxın bahalaşıb

© AFP 2023 / TOBIAS SCHWARZНефтяной насос в Баку
Нефтяной насос в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Neftin qiyməti ABŞ-da keçirilən prezident seçkisi, "OPEC+"un hasilat məhdudiyyətlərini artırmaqla bağlı planını təxirə saldığına dair xəbərlər fonunda bahalaşır

BAKI, 4 noyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,56 dollar artaraq 39,31 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,94 dollar artaraq 40,65 dollar, "Light" markalı neftin qiyməti isə 0,92 dollar bahalaşaraq 38,58 dollar olub.

Qeyd edək ki, neftin qiyməti ABŞ-da keçirilən prezident seçkisi, "OPEC+"un hasilat məhdudiyyətlərini artırmaqla bağlı planını təxirə saldığına dair xəbərlər fonunda bahalaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbər lenti
0